Məktəbdəki ölümə görə direktor işdən çıxarıldı - RƏSMİ
15 may 2013 14:42 (UTC +04:00)

Məktəbdəki ölümə görə direktor işdən çıxarıldı - RƏSMİ

Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 13-də saat 09:00 radələrində Sumqayıt şəhər 17 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun ölməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt Şəhər Prokurorluğunun, Təhsil Nazirliyinin Sumqayıt Şəhər Şöbəsinin və Şəhər Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Şəhər hüquq muhafizə orqanlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Müəyyən edilib ki, A.İlyasov da daxil olmaqla digər siniflərdən olan daha 20 şagird həmin gün dərsə gecikdiklərinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev tərəfindən qanunsuz olaraq cəza tədbiri kimi onlara məktəbin stadionunda qaçmaq göstərişi verilib. Şəhər 3 saylı uşaq poliklinikasında “hipotrofik-kordimiopatiya” diaqnozu ilə qeydiyyatda olan A.İlyasov həmin göstərişi yerinə yetirərək stadionda bir neçə dövrə vurduqdan sonra yıxılmış və görülən ilkin tibbi tədbirlərə baxmayaraq vəfat edib.

Hadisə ilə bağlı aparılmış ilkin araşdırmaların nəticələri göstərir ki, adıçəkilən təhsil müəssisəsində tədris prosesi təhsil və inkişafın sağlam prinsipləri əsasında qurulmayıb. Bununla əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən inzibati tədbirlər görülüb, məktəb direktoru Nargilə Səfərova və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev Təhsil nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunublar.

Bir sıra təhsil müəssisələrində mövcud olan neqativ hallar, o cümlədən qarşılıqlı hörmətsizlik, qeyri-sağlam atmosfer və bu qəbildən olan problemlərin ardan qaldırılması istiqamətində qətiyyətli mövqe göstəriləcək və zəruri hallarda müxtəlif dövlət strukturları bu prosesə cəlb ediləcək.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış, A.İlyasovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3217

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21