Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı baş verən faciədən sonra jurnalistləri qapalı yerə salıblar. Lent.az-ın məlumatına görə, bu barədə APA.TV-nin hadisə yerində olan əməkdaşı Jalə Məmmədli xəbər verib. Onun Məkkədən verdiyi məlumata görə, hadisə baş verəndən jurnalistləri kənara buraxmırlar. "Bizim çölə çıxmağımıza imkan vermirlər. Gələn xəbərlərə görə, faciə zamanı ölən və yaralıların sayının artacağı istisna deyil", deyə Jalə Məmmədli bildirib. Onun dediyinə görə, QMİ-nin Məkkədə olan nümayəndəsi bildirib ki, faciə zamanı ölənlər arasında azərbaycanlı zəvvarlar yoxdu. "Həlak olanlar Qazaxıstan və Qırğıstan vətəndaşlarıdır".
Qeyd edək ki, Bu gün Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 220 nəfər ölüb, 450 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb.