Mehman Hüseynovun vəsatətləri təmin edilmədi
29 mart 2017 17:57 (UTC +04:00)

Mehman Hüseynovun vəsatətləri təmin edilmədi

 
 
 
Həbsdə olan blogger Mehman Hüseynovun Suraxanı rayon məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başlayıb.
 
 
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda Mehman Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova vəsatətlərlə çıxış edib. Onlar prosesin audio-video görüntülərinin qeydə alınmasını, müdafiə etdikləri şəxsin vəkillərinin yanında oturmasını, həbs-qətimkan tədbirin dəyişdirilməsini, məhkəmənin qismən istintaq yolu ilə aparılmasını, xüsusi ittihamçı olan Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayevin məhkəmə dindirilməsini, Mehman Hüseynovun saxlanınan zaman Nəsimi rayon Polis İdarəsində olan  müşahidə kameralarının  məhkəməyə təqdim edilməsini, cinayət işinə xitam verilməsini, həmçinin, bu təmin olunmayacağı təqdirdə işin birinci instansiya məhkəməsinə qaytarılmasını  istəyiblər.
 
 
Hakim vəsatətləri təmin etməyib. Məhkəmə baxışı aprelin 10-a təyin edilib. 
 
 
Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.
 
 
DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.
 
Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
 
Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib
 
Suraxanı rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43