Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın barəsində başlanmış cinayət işi ilə bağlı aparılan məhkəmə prosesi təxirə salınıb. Lent.az-ın məlumatına görə, saat 10:30-a təyin edilmiş məhkəmə iclası başlar-başlamaz Gülər Əhmədovanın halı pisləşib. Dəmir barmaqlıqlar arxasında dayanmış təqsirləndirilən şəxs huşunu itirib və yıxılıb. Məhkəmə zalına təcili tibbi yardım çağırılıb. Həkimlərin apardığı ilkin müayinə nəticəsində Gülər Əhmədovanın təzyiqinin qalxdığı məlum olub və ona tibbi yardım göstərilib.
Daha sonra məhkəmə zalına gələn hakimlər iclasın təxirə salındığını və prosesin noyabrın 25-də davam etdiriləcəyini bildiriblər.