Məhkəmə şair Saday Şəkərlini azadlığa buraxmadı
29 yanvar 2016 12:30 (UTC +04:00)

Məhkəmə şair Saday Şəkərlini azadlığa buraxmadı

 

 

Bu gün Binəqədi rayon Məhkəməsində hədə-qorxuyla pul tələb etməkdə təqsirləndirilən şair Saday Şəkərov  haqda seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə  vəsatətə baxılıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə verilən vəsatət təmin olunmayıb.

 

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

 

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Səlcuq Elçin

Oxşar yazılar