Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi yerindən qaçmaqda təqsirləndirilən Cəmaləddin Həsənov barəsindəki hökmdən Baş Prokurorluq tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi keçən il mayında metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib. C.Həsənov Cinayət Məcəlləsinin 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə təqsirləndirilib. 2016-cı ilin yanvar ayının 8-də Nizami Rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Cəmaləddin Həsənov barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan Baş Prokurorluq apellyasiya protesti verib.