Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan keçmiş futbolçu Maşallah Əhmədov barəsində məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, keçirilən prosesdə onun şikayəti təmin olunmayıb.
Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M. Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.