<b>14 yaşlı işçisini zorlayan kişiyə</b> <span style="color:red;">AĞIR CƏZA
26 may 2017 18:25 (UTC +04:00)

14 yaşlı işçisini zorlayan kişiyə AĞIR CƏZA

0

 

14 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Ağdam rayon sakini Mehdi Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Mehdi Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə Binəqədi rayonunda fərdi yaşayış evində baş verib. Mehdi Quliyev bazarda pendir satışı ilə məşğul imiş. 14 yaşlı Eldar (ad şərtidir) isə onun yanında köməkçi işləyirmiş. Mehdi Quliyev Eldara gündə 5 manat pul verirmiş. Hadisə olan günü Mehdi Eldarı evdə iş çox olduğu üçün mənzilinə çağırıb. Mənzildə olan zaman Mehdi araq içib. 14 yaşlı Eldara isə pivə içməyi tapşırıb. Mehdi sərxoş vəziyyətdə Eldara qarşı seksual xarakterli hərəkətlər edib. Bundan xəbərdar olan Eldarın valideynləri polisə müraciət edib. Polis  Mehdi Quliyevi həbs edib.

 

Ona Cinayət Məcəlləsinin 150.3.3(seksual xarakterli hərəkətlər. 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar