Beyləqan rayonunun İmamverdilər kəndində mədəniyyət klubunda baş vermiş qətllə bağlı araşdırmalar davam etdirilir. Lent.az xəbər verir ki, aprelin 4-də kluba gələrək burada işləyən 33 yaşlı Validə Tağıyevanı qətlə yetirən 1977-ci il təvəllüdlü Həsənalı Quliyev onun uzaq qohumu olub. Həyat yoldaşı tərəfdən qohumluq əlaqəsi olan H.Quliyevin şəxsi münasibətlər zəminində qadını qətlə yetirdiyi məlum olub.
Hazırda qətl hadisəsinin baş vermə səbəbləri ilə bağlı müxtəlif versiyalar mövcuddur.
Qeyd edək ki, H.Quliyev hadisədən sonra könüllü olaraq Beyləqan rayon Polis Şöbəsinə gələrək təslim olub.
*****
5 aprel
Beyləqan rayonunda qətl törədilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 4-də Beyləqan rayonunun İmamverdilər kənd Mədəniyyət Klubuna gəlmiş kənd sakini Həsənalı Quliyev orada işləyən həmkəndlisi Validə Tağıyevaya münaqişə zəminində bıçaqla xəsarət yetirib. V.Tağıyeva hadisə yerində ölüb.
H.Quliyev könüllü olaraq Beyləqan RPŞ-yə gəlib təslim olub.