Məcburi köçkünlərin yaşadığı binada <span style="color:red;">YANĞIN
30 yanvar 2015 14:27 (UTC +04:00)

Məcburi köçkünlərin yaşadığı binada YANĞIN

0

Bərdə şəhərində üçmərtəbəli Xalçaçılıq fabrikinin 2-ci mərtəbəsində yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin mərtəbədə məcburi köçkünlər məskunlaşıb. Ümumi sahəsi 44 kv.m olan iki otağın taxtadan ibarət arakəsməsi 12 kv.m, pəncərə çərçivəsi 1,5 kv.m və ev əşyaları 20 kv.m sahədə yanıb. Hadisə zamanı yüksək temperaturdan ümumi sahəsi 15 kv.m olan ümumi dəhlizin lambirdən ibarət divar üzlüyü 8 kv.m sahədə əriyib.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər bina sakini təxliyə edilib. Otağın və dəhlizin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 235

Oxşar yazılar