Maşını ağaca çırpılan gənc sürücü öldü
0
0
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kotavan kəndində qeydə alınıb. Kənd sakini, 24 yaşlı Teymurov İsmayıl Fikrət oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq kənardakı ağaca çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan T.İsmayılov dünyasını dəyişib
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.
0
0