Maşın vuran nənə və nəvə xəstəxanaya aparıldı
0
0
Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Yolu keçmək istəyən 60 yaşlı Gilə Hüseynovanı və onun 5 yaşlı nəvəsi Məryəm Muradovanı avtomobil vurub. Xəsarət alan nənə və nəvə dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Azyaşlının vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
0
0