Maşın reklam lövhəsinə çırpıldı, ölən var
29 noyabr 2015 00:10 (UTC +04:00)

Maşın reklam lövhəsinə çırpıldı, ölən var

Bu gün axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 99 GN 512 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomaşın yolun kənarındakı reklam lövhəsinə çırpılıb.

 

Qəza nəticəsində maşında olan sərnişin Zeynalov Xancan Intiqam oğlu dünyasını deyişib. Sürücü də daxil olmaqla maşında olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra evə buraxılıb.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar