5 min manata görə qayınatasının evini yandırdı - YENİLƏNİB
19 noyabr 2015 12:03 (UTC +04:00)

5 min manata görə qayınatasının evini yandırdı - YENİLƏNİB

0

Bu gecə Masazır qəsəbəsində baş vermiş yanğın hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az anspress-ə istinadən xəbər verir ki, əraziyə gələn yanğınsöndürənlər ilk olaraq yanğının qonşu evlərə keçməsinin qarşısını almağa çalışıb. Daha sonra güclü alov söndürülüb. Müəyyən edilib ki, hadisə baş verən zamanı evdə heç kim olmayıb. Sonradan evin sahiblərinə də məlumat verilib. Yanğın xəbərinə hadisə yerinə gələn ev sahiblərindən birinin halı pisləşib.

 

Azəriqaz İB-in Abşeron rayon şöbəsininin nümayəndələri də ərazidə idi. Ancaq istər qaz, istərsə də elektrik sayğaclarının yoxlanılması onların qoşulu olmadığını üzə çıxarıb. Belə olan halda evin qəsdən yandırıldığı ehtimalı yaranıb ki, bununla əlaqədar Abşeron RPİ-yə məlumat verilib.

 

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub və işin istintaqı müstəntiq Eldəniz Vəliyevə tapşırılıb. İsti izlərlə keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ev sahibinin kürəkəni 21 yaşlı Məmmədov Qara Ceyhun oğlu saxlanılıb. Verilən məlumata görə, qudalar arasında 5 min manat borc pul söhbəti olub. Qayınatasının, atasına olan borcunu qaytara bilmədiyini görən Qara Məmmədov evi yandırıb.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

 

*****

 

01:31

 

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar