Azərbaycanda tələbə oğlan özünü niyə öldürdü? - FOTO
28 avqust 2017 12:14 (UTC +04:00)

Azərbaycanda tələbə oğlan özünü niyə öldürdü? - FOTO

 

Masallı rayonunda Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi 20 yaşlı Sədi Bəşirovun intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, idmanla məşğul olan gənc oğlanın anası uzun illər imiş ki, yataq xəstəsi imiş. Belə ki, Sədi anadan olandan az sonra onun anası yol qəzası zamanı ağır xəsarət alıb və yatağa düşüb. Xeyli müddət ailəsinin yanında olan Sədinin atası isə daha sonra başqa qadınla ailə quraraq Bakıya köçüb.

 

Gənc oğlanın hansı səbəbdən intihar etməsi hələlik tam dəqiq bilinməsə də, anasının yataq xəstəsi olmasının onda dərin psixoloji sarsıntı yaratdığı bildirilir.

 

Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

 

 

*****

 

4:58

 

Masallı rayonunun Şərəfə kəndində intihar hadisəsi baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, kənd sakini Bəşirov Sədi özünü asaraq öldürüb. İntiharın səbəbləri hələlik məlum deyil. S.Bəşirov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsidir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Nizam Rza

Oxşar yazılar