Masallı rayonunda qətl hadisəsi törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 11-də Masallı rayonunun Şıxlar kəndində kənd sakinləri İsmayıl Hüseynov və Anar Əmənov münaqişə zəminində həmkəndliləri Məhəmməd Əmənova bıçaqla xəsarət yetiriblər.
Xəstəxanaya yerləşdirilmiş M.Əmənov orada ölüb.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Hüseynov və A.Əmənov tutulub.