Dələduzluqda təqsirləndirilərək həbs edilən veteran futbolçu Maşallah Əhmədov azadlığa çıxıb. Lent.az-ın məlumatına görə, M.Əhmədov oktyabrın 7-də sərbəst buraxılıb.
M.Əhmədov cəzasının dörddə üç hissəsini çəkdiyi üçün vaxtından əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə cəzanı 2 ilə endirib.