Maşallah Əhmədov 3 aylıq həbs edildi
17 dekabr 2015 10:01 (UTC +04:00)

Maşallah Əhmədov 3 aylıq həbs edildi

 

 

Dələduzluqda ittiham olunan Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə M. Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. M. Əhmədov Bakı İstintaq Təcridxanasına göndərilib.

 

Qeyd edək ki, M. Əhmədov dələduzluqda ittiham olunur. Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək, ona məxsus, Binəqədi-Baksol yolunda yerləşən sexdən M. Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib. Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Lakin həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq, M. Əhmədov pulu ödəməyib.

 

Bu il dekabrın 14-də isə Binəqədi polisinə M. Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində M. Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. M. Əhmədov həmçinin Y. Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib.

 

M. Əhmədovla bağlı polisə daxil olan ikinci şikayət də birinci şikayət əsasında başlanmış cinayət işinə əlavə edilib və hazırda istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar