Mağazaları yaran şəxs tutuldu
15 noyabr 2015 16:59 (UTC +04:00)

Mağazaları yaran şəxs tutuldu

0

Saatlıda mağazalardan oğurluq edən 26 yaşlı rayon sakini tutulub. Saatlı rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, rayonun Şirinbəyli kənd sakini, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü  Aynur Fazil oğlu Mövsümov tutulub. Onun üstündən 38,76 qram marixuana aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, A. Mövsümov noyabrın 8-də rayon sakinləri Elvin Rzayevə və İslam Ruşanova məxsus mağazalardan pul, mobil danışıq kartları, ərzaq məhsulları, tütün məmulatı, geyim və məişət əşyaları oğurlayıb.

 

Faktla bağlı Saatlı RPŞ-da cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar