Lombarddan oğurluq edən şəxs "dəlixana"ya göndərildi
15 mart 2018 12:33 (UTC +04:00)

Lombarddan oğurluq edən şəxs "dəlixana"ya göndərildi

 
Bakıda lombarddan oğurluqda təqsirləndirilən  Gəray İsmayılovun cinayət işi üzrə məhkəmə davam edib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmündə qeyd edilib ki, Gəray İsmayılov cinayəti törədəndən sonra psixi xəstəliyə tutulub. Ona görə də o, məcburi müalicəyə göndərilib. Onun xəstəliyi sağalana qədər hökmün elan edilməsi təxirə salınıb. 
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il, noyabrın 9-da Bakı şəhər sakini Fərqanə Mehdiyevaya məxsus lombarddan 24.000 manat pul və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, həmyerlisi Gəray İsmayılov tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Səlcuq Elçin

Oxşar yazılar