Bu gün Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və Arif Yunusun şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 11-ə təyin edilib.
Qeyd edək ki, Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxmağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. Lakin məhkəmə onların müraciətini təmin etməyib.