Lerikdə təmir işləri aparan fəhlə uçqun altında qalıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lerik şəhərində su və kanalizasiya xətlərində təmir işləri zamanı torpaq uçqunu baş verib, nəticədə, 1 nəfər fəhlə torpaq altında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil verib.