Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhərində, Səhiyyə Nazirliyinə məxsus Lənkəran Mərkəzi Rayon Xəstəxanasının otaqlarından birinin giriş qapısının kilidində yaranmış nasazlıq səbəbindən müalicə alan vətəndaşlar otaqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cənub Regional Mərkəzin xilasediciləri ikimərtəbəli xəstəxana binasının 2-ci mərtəbəsində təqribən, 20 nəfər vətəndaşın olduğu otağın qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.