Lənkəran sakini 2 kiloqram narkotika ilə tutuldu
04 sentyabr 2015 20:23 (UTC +04:00)

Lənkəran sakini 2 kiloqram narkotika ilə tutuldu

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə tutulub.

 

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə,  həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini,1971-ci il təvəllüdlü Fərhad Zöhrab oğlun Tağıyevdən 2 kiloqram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

 

İstintaqa verdiyi ifadəsində F.Tağıyev narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini bildirib. Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 185

Oxşar yazılar