Kürdəmir sakini güllələnib
14 dekabr 2016 13:39 (UTC +04:00)

Kürdəmir sakini güllələnib

0

Kürdəmir rayon sakini güllələnib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:00 radələrində rayonun Sovla kəndində baş verib. Kənd sakini Anar Şirməmməd oğlu Xəlilov güllə yarası ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

 

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

 

Həmkəndlisi Saleh Məhəmməd oğlu Tağıyevlə ova gedən A. Xəlilov onun ehtiyatsızlıqdan açdığı atəş nəticəsində yaralanıb, sonra isə xəstəxanada ölüb. 

 

S. Tağıyev saxlanılıb. Faktla bağlı  araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar