KÖRPƏLƏR EVİNƏ BAYRAM ZİYARƏTİ
18 oktyabr 2012 12:00 (UTC +04:00)

KÖRPƏLƏR EVİNƏ BAYRAM ZİYARƏTİ

Novruz bayramı ərəfisində bir qrup gənc Buzovna qəsəbəsində yerləşən 14 saylı uşaq internat evinə ziyarət təşkil etmişdir.  Xeyriyyə aksiyası barədə məlumat verən təşkilatçılarından biri ictimai fəal Zamiq Şükürov bildirmişdir ki, qrup 2008-ci ildən bir çox valideyn himayəsindən məhrum olmuş körpələr evinə, qoca və ahıllar evinə bu tipli tədbirlər təşkil edir və bu fəaliyyətimiz bundan sonra da davam edəcəkdir. 
Xeyriyye aksiyasi çərçivəsində uşaqlar üçün müxtəlif hədiyyələr, yardım payları aparılmış, onlar üçün əyləncəli proqram təşkil olunmuşdur. Valideyn himayəsindən məhrum olmuş körpələri sevindirmək, onların könlünü almaq kimi missiyanı üzərinə götürən gənclər tədbirdə uşaqlar üçün əsl bayram ab-havası yaratmışlar. 
 

 

# 252
avatar

Oxşar yazılar