Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşını öldürən şəxs tutulub.
Abşeron Rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetirən şəxs Hökməli qəsəbəsinin sakini, 1982-ci il təvəllüdlü Abbasov Əlaqif Arif oğludur.
Həmin şəxs ilkin ifadəsində evə oğurluq məqsədi ilə girdiyini bildirib.
Qeyd edək ki, avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı qətlə yetirilib.
Aqil Dadaşova məxsus ikimərtəbəli evə oğurluq məqsədilə gələn şəxs onun evdə olan həyat yoldaşı, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqla qətlə yetirib.