Kəmaləddin Heydərov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşüb
18 noyabr 2015 17:36 (UTC +04:00)

Kəmaləddin Heydərov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşüb

0

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov noyabrın 18-də Türkiyə Respublikasının Quru Qoşunlarının komandanı ordu generalı Salih Zəki Çolak ilə görüşüb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kəmaləddin Heydərov ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, bu sahədə dost və qardaş Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs edib.

 

Ordu generalı Salih Zəki Çolak  rəhbərlik etdiyi Türkiyə Respublikası Quru Qoşunlarının aidiyyəti qurumlarının Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra qonaq nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalının fəaliyyəti ilə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar