Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edəcək
25 noyabr 2015 16:36 (UTC +04:00)

Kəmaləddin Heydərov Qazaxda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 27-də saat 11.00-da Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. 

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, qəbulda yalnız Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Qazax Olimpiya İdman Kompleksinin inzibati binasında  noyabr 26-da  saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar