Kəmaləddin Heydərov Litvada səfərdə olub
04 iyul 2013 13:47 (UTC +04:00)

Kəmaləddin Heydərov Litvada səfərdə olub

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Litva tərəfinin dəvəti ilə iyulun 3-də bu ölkədə səfərdə olub.


 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, səfər zamanı Litva Respublikasının baş naziri Algirdas Butkeviçius K. Heydərovu qəbul edib.

 

Görüş zamanı A. Butkeviçius Azərbaycanla Litva arasında əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib, bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. Nazir də öz növbəsində, digər sahələrdə olduğu kimi, fövqəladə hallar sahəsində də iki ölkənin mövcud potensialından səmərəli istifadənin vacibliyini vurğulayıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Səfər zamanı K. Heydərov və Litvanın daxili işlər naziri Alfonsas Barakauskas arasında da görüş keçirilib.

 

Görüşdə fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri və bu sahədə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra Azərbaycan FHN-in nümayəndə heyəti Litva Daxili İşlər Nazirliyi və onun tabeliyində olan qurumlar, Dövlət Yanğın və Xilasetmə Xidməti və “112” zəng xidmətinin fəaliyyət ilə yaxından tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505
avatar

Oxşar yazılar