Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşdü
26 noyabr 2015 18:35 (UTC +04:00)

Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşdü

0

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, nazir qonağa ölkədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. K. Heydərov hər iki nazirlik arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi ilə bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycanla Gürcüstanın fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin daha da dərinləşməsi və inkişaf etdirilməsinin böyük əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 197

Oxşar yazılar