Kəlbəcər girovlarına görə Avropa Məhkəməsinə müraciət olundu
30 yanvar 2015 11:55 (UTC +04:00)

Kəlbəcər girovlarına görə Avropa Məhkəməsinə müraciət olundu

0

 

 

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev, Dilqəm Əsgərov və qətlə yetirilən Həsən Həsənovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunub.


 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Hüquq İslahatları Mərkəzi İctimai Birliyinin sədri Anar Bağırov deyib.

 

A.Bağırov bildirib ki, onların hüquqlarının pozulması, işgəncə faktları, qeyri-insani davranışı əks etdirən fotolar və digər sübutlar ərizəyə əlavə olunub.

 

Onun sözlərinə görə, ərizədə Avropa Məhkəməsinə müraciət qaydalarına uyğun olaraq işə təcili baxılmasının zəruriliyi qeyd olunub.

 

A.Bağrırov qeyd edib ki, ərizə yanvarın 13-də məhkəməyə daxil olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar