Keçmiş prokurora bəraət verildi
11 oktyabr 2017 11:04 (UTC +04:00)

Keçmiş prokurora bəraət verildi

 

Dələduzluqda təqsirləndirilən sabiq prokuror Fəxrəddin Əliyevin  cinayət işi üzrə məhkəməsi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsjndə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə ona bəraət hökmü verilib. Bu barədə vəkil Ceyhun Yusifov mıəlumat verib. 

 

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən F.Alıyev Baş Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışıb. İttiham üzrə verilən cinayət əməlini də məhz vəzifədə olarkən törədib.

 

Sabiq prokuror F.Alıyev barəsində cinayət işinin başlanmasına səbəb isə İsmayıllı rayonu, Cülyan kənd sakini Hənifə Hüseynovanın Baş Prokurorluğa müraciət etməsi olub.

 

H.Hüseynova müraciətində mərhum oğlu Valeh Hüseynovun barəsində bir neçə il əvvəl istintaq edilmiş cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi üçün sabiq prokurorluq əməkdaşı F.Alıyev və Gəray Orucova pul verdiyini deyib. H.Hüseynovanın şikayətinə görə, F.Alıyev oğlu V.Hüseynovdan istintaq orqanlarına vermək adı ilə 51 min manat, məhkəməyə verilməsi adı ilə 10 min manat və zərərçəkmişə verilməsi adı ilə 5 min manat pul alıb.

 

H.Hüseynovanın bu şikayəti Baş Prokurorluqda araşdırılıb və prokuror barəsində cinayət işi açılıb.

 

Bu iş üzrə zərərçəkmiş şəxs V.Hüseynov vəfat etdiyi üçün hüquqi varisi olaraq onun xanımı Kəmalə Hüseynova tanınıb. K.Hüseynova ifadəsində bildirib ki, əri V.Hüseynov 2007-2014-cü illərdə İsmayıllı rayon İcra Hakimiyyətində Hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

 

Sabiq prokuror F.Alıyev isə ona qarşı irəli sürülən ittihamla özünü qətiyyən təqsirli bilməyib.

 

Xatırladaq ki, F.Alıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinib, onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Səlcuq Elçin

Oxşar yazılar