Keçmiş icra başçısına <span style="color:red;">8 İL 6 AY  həbs cəzası verildi
20 aprel 2016 12:09 (UTC +04:00)

Keçmiş icra başçısına 8 İL 6 AY həbs cəzası verildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, R.Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib.

 

Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar