
Keçmiş deputatlığa namizədin cinayət işi məhkəməyə göndərilib
Dələduzluqda təqsirləndirilən Xalidə Şirəlizadə, Suliddin Məmmədov və Firdovsi Şirəıliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-ya xəbər verir ki, təqsirləndirilən şəxslərin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər külli miqdarda dələduzluqda ittiham olunurlar. Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Onu da qeyd edək ki, Xalidə Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub. O, dələduzluqda təqsirləndirilərək barəsində axtarış elan olunub. Nizami Rayon Polis əməkdaşları tərəfindən həbs edilib.
Oxşar yazılar

Mağazadan 14, evdən 10 minlik OĞURLUQ
9 iyul 2025 , 16:26
Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
9 iyul 2025 , 15:27
Qanunsuz işləyən "Ford" aşdı, 24 nəfər yaralandı - YENİLƏNİB
9 iyul 2025 , 15:20
Rüşvət alan yüksək rütbəli polislərə HÖKM OXUNDU
9 iyul 2025 , 15:13
Şəki-Oğuz yolunda QƏZA: yaralılar var
9 iyul 2025 , 15:00
Abşeronda kişini şəkilləri ilə şantaj etdilər
9 iyul 2025 , 14:44
Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb pullarını aldı
9 iyul 2025 , 14:32