Bakıda 48 yaşlı kişi döyülüb.
APA xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. 58 yaşlı Xəlil Xəlilov Sabunçu rayon Polis İdarəsinə müraciət edərək keçmiş arvadının dayısı oğlu, 29 yaşlı Cəmil Kamalovun onu, “Azsamand” markalı avtomobilinə zorla mindirərək Ramana qəsəbəsi istiqamətinə apardığını, orada onu döydüyünü və 700 dollar, 900 manat pulunu aldığını bildirib.
Daha sonra C.Kamalov X.Xəlilovu tapança ilə hədələyib.
Daxil olan müraciət əsasında Sabunçu rayon Polis İdarəsində araşdırmalara başlanıb. C.Kamalovu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.