Kəbirə Məmmədovanın şikayəti ilə “Azadlıq”a kəsilmiş cərimə qüvvədə qaldı
19 fevral 2013 22:48 (UTC +04:00)

Kəbirə Məmmədovanın şikayəti ilə “Azadlıq”a kəsilmiş cərimə qüvvədə qaldı

Fevralın 19-da Bakı Apelyasiya Məhkəməsində Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası əsasında "Azadlıq" qəzetinin cərimələnməsi ilə bağlı qərarından verilən şikayətə baxılıb.

 

Hakim İlqar Dəmirovun sədrliyi ilə keçən prosesdə qəzetin şikayəti təmin edilməyib. Məhkəmə  əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.

 

Qeyd  edək ki, Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Azadlıq" qəzeti 30 min manat, qəzetin əməkdaşı Ramin Deko isə 2 min manat cərimələnib.  Qərarda qəzetin təkzib verməsi ilə bağlı da bənd var.

 

Xatırladaq ki, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova "Azadlıq" qəzetini məhkəməyə verib. Məhkəmə predimeti olan yazıda Azərbaycanda keçirilən "Avroviziya 2012" musiqi yarışmasına görə Binə Ticarət Mərkəzində sahibkarlardan pul yığıldığı iddia olunub.

Azadlıq.info

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2434
avatar

Oxşar yazılar