Kanaldan meyiti tapılan qadın “SMS"-lərə görə öldürülüb - TƏFƏRRÜAT
21 sentyabr 2013 12:32 (UTC +04:00)

Kanaldan meyiti tapılan qadın “SMS"-lərə görə öldürülüb - TƏFƏRRÜAT

Bakı şəhərində sms cinayətlərinə daha biri əlavə olundu. Mobil telefonuna “ürəyim” sözü yazılmış qadının ürəyi durduruldu, özü də döyüş fəndi ilə. Suraxanı rayonunda idmançı kişi şərq döyüş sənətini həyat yoldaşının üzərində sınayıb. Nəticədə isə 2 yaşlı uşaq yetim qalıb. 

Bu olay bir neçə gün əvvəl kanaldan meyiti tapılmış gənc qadının başına gətirilib. Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a bildirilib ki, ilk olaraq naməlum kimi axtarılan meyitin sonradan 22 yaşlı Lerik sakini Şəbnəm Namazova olduğu və qətlə yetirildiyi üzə çıxıb. 

“Onu sentyabrın 17-də "Koroğlu" metrosunun qarşısında avtobusdan düşəndə gördüm. Başqa bir avtobusa onunla minib Yeni Suraxanı qəsəbəsinə gəldik. Onu söhbətə tutaraq zeytunluğun arası ilə apardım. Kanalın yanına çatanda kunq-fu fəndi ilə nəfəs borusuna iki zərbə vurdum, yıxıldı. Sonra isə sürüyərək kanala atdım”. Bu sözləri gənc ananı qətlə yetirən 26 yaşlı əri Şahin Əliyev polisə ifadəsində deyib. 

Polisin “niyə belə etdin?” sualına isə o: “Namusumu ləkələmişdi. Telefonuna “ürəyim”, “ciyərim” mesajları gəlmişdi. Dözə bilməzdim”, - deməklə qətlinə haqq qazandırıb. 

Əslən Lerik rayonundan olan Şahin və Şəbnəm 2010-cu ildə dini kəbinlə evləniblər. Onların həmin evlilikdən 2 yaşlı uşaqları var. 

Qeyd edək ki, sentyabrın 18-də Hövsan qəsəbəsindən keçən su kanalında 25-30 yaşlarında naməlum qadın meyiti aşkarlanmışdı. Meyitə baxış keçirilərkən onun üzərində ilk olaraq xəsarət və zorakılıq əlamətləri aşkarlanmamışdı. İlkin versiya olaraq, qadının kanalda boğularaq dünyasını dəyişdiyi ehtimal olunurdu. Lakin aparılan istintaq-əməliyyat tədbiri nəticəsində Ş.Namazovanın öldürüldüyü müəyyən edilir. 

Sonra isə onun əri Şahin Əliyev tərəfindən öldürülməsi sübuta yetirilir. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə başlanmış iş üzrə istintaq davam etdirilir. 

İstintaq sonda hər bir qaranlıq məqama aydınlıq gətirəcək, hətta balası yetim qalan Ş.Namazovanın mobil telefonuna göndərildiyi deyilən mesaja da...

Qeyd edək ki, bir neçə gün əvvəl Suraxanı Rayon Polis İdarəsi mediaya Bakıda su kanalından tapılan naməlum qadın meyitinin şəxsiyyətini müəyyənləşdirmək üçün müraciət etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2973
avatar

Oxşar yazılar

Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10