Kaliforniya rəsmiləri Dağlıq Qarabağa gələcək
15 sentyabr 2013 07:05 (UTC +04:00)

Kaliforniya rəsmiləri Dağlıq Qarabağa gələcək

ABŞ-ın Kaliforniya ştatının rəsmi şəxslərindən və Amerikanın Erməni Milli Komitəsi qərb qanadı üzvlərindən ibarət nümayəndə heyəti Ermənistana və Ermənistan tərəfindən  işğalı olunan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.


 

Lent.az-ın «Novosti Armenii»-yə  istinadən məlumatına  görə,  sentyabrın 15-24-dək sürəcək səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Ermənistan rəsmiləri ilə görüşlər keçirəcək, eləcə də  Dağlıq Qarabağa səfər edəcək.

 

«Ümid edirik ki, ilk dəfə təşkil olunan belə bir missiya Ermənistan və yüz minlərlə soydaşımızın evi olmuş Kaliforniya ştatı arasında siyasi təmasların möhkəmlənməsinə xidmət edəcək» - deyə, Ermənistanın Los -Ancelesdəki keçmiş baş konsulu Qriqor Ovanesyan bildirib.   

 

Nümayəndə heyətinin tərkibinə Kaliforniya ştatı qanunverici orqanının nümayəndələri, habelə  Los-Anceles Şurasının üzvləri də daxildir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar