Kürdəmir rayon Baytarlıq İdarəsinin əməkdaşları Bakı-Qazax magirstral avtomobil yolunun kənarında yerləşən kafe və restoranlarda yoxlama xarakterli reyd keçiriblər. APA TV-nin yerli bürosunun məlumatına görə, 10-a yaxın kafe və yeməkxanada aparılan yoxlamalar zamanı onların bəzilərində çiddi nöqsanlar aşkarlanıb.
Mütəxəssislər obyekt sahiblərindən orada istifadə olunan ət və ət məhsullarının mənşəyi, onların haradan gətirilməsi və alınmasını təsdiq edən sənədləri göstərməyi tələb etsələr də, nəticəsiz qalıb.
Bir sıra yeməkxana sahibinin baytar həkimlərin nəzarətindən yayınaraq, mənşəyi məlum olmayan və möhürlənməmiş ətdən istifadə etdiyi aşkarlanıb.
50-dən artıq kafe və yeməkxanada keçirlən reyd zamanı aşkarlanan nöqsanlar barədə sahibkarlara xəbərdarlıq edilib.