Kafedə iki tanışını bıçaqlayan şəxs hakim qarşına çıxarıldı
27 dekabr 2017 10:47 (UTC +04:00)

Kafedə iki tanışını bıçaqlayan şəxs hakim qarşına çıxarıldı

Bakıda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Əkbər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin baxış iclası yanvarın 9-na təyin edilib.

 

Qeyd edək ki, Ə.Məmmədov bu il avqust ayında Bakının Nizami rayonunda kafedə tanışı olan 2 nəfəri bıçaqlayıb. Belə ki, o, 1990-cı il təvəllüdlü Tural Səfərzadə və 1975-ci il təvəllüdlü İslam Rəşidovu bıçaqlayaraq qaçıb. Daha sonra 25 yaşlı Ə.Məmmədov tutularaq istintaqa təhvil verilib.

 

Onun bu hadisəni mübahisə zəminində və sərxoş vəziyyətdə törətdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Səlcuq Elçin

Oxşar yazılar