Bakıda kafedə iki nəfəri bıçaqlamaqda təqsirli bilinən Qüdrət Əbilovun birinci instansiya məhkəməsinin hökmündən şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı avqustun 24-ə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Xətai rayonu ərazisində yerləşən Ordubad kafesində baş verib. Kafenin müştərisi olan Qüdrət Əbilov spirtli içkinin təsiri altında kafedə olan qohumlar Zamin və Elvin Əliyevlərlə mübahisə edib. Mübahisə zəminində Qüdrət Əbilov hər iki şəxsi bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb və həyatları xilas edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qüdrət Əbilov 9 il müddətinə azadlıqdan məhrum edilib.