Gənc şair Şəhriyar Del Geraninin yaşadığı mənzilə oğru girib.
Lent.az-a bu barədə şairinin özü məlumat verib.
O bildirib ki, mənzilin "raşotka"sını divardan ayırıb evə giriblər: “ Evi "şumon" ediblər, kompüterimi, qol saatlarımı, gitara, bir neçə suveniri götürüblər. Məsələ ilə bağlı polisə məlumat vermişəm. Gəlib evə baxış keçiriblər. Kompüterimdə mətnlər, qeydlər, çap olunmamış şeirlər, hekayələr vardı”.
Qeyd edək ki, dünən “APA” informasiya agentliyinin əməkdaşı Mübariz Aslanovun da evi qarət olunub.