Jurnalist Gülər Məmmədova vəfat etdi
19 dekabr 2015 03:18 (UTC +04:00)

Jurnalist Gülər Məmmədova vəfat etdi

ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova bir qədər əvvəl dünyasını dəyişib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, son günlər vəziyyəti ağırlaşan Gülər Məmmədova üç gündür süni nəfəs aparatına qoşulmuşdu.

 

Qeyd edək ki, Gülər Məmmədova uzun müddətdir qan xərçəngindən əziyyət çəkirdi. O, Türkiyədə müalicə olunub Azərbaycana qayıtsa da, bir müddət sonra yenidən eyni xəstəliyə tutulmuşdu. Gülər Məmmədova bir daha Türkiyəyə qayıtmalı və ağır müalicələr qəbul etməli olmuşdu. Ailə müalicə üçün evlərini satmış və kirayəyə köçmüşdü.

 

Gülər Məmmədovanın iki azyaşlı övladı (Osman və Ayan) qalıb.

 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar