İtkin düşən neftçilərin axtarışına təyyarə cəlb ediləcək - <span style="color:red;">FHN-də müşavirə
10 dekabr 2015 19:50 (UTC +04:00)

İtkin düşən neftçilərin axtarışına təyyarə cəlb ediləcək - FHN-də müşavirə

“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, müşavirədə nazir müavinləri və müvafiq struktur bölmə rəisləri, Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sahil Mühafizə və Aviasiya xidmətlərinin rəisləri, Dövlət Dəniz Administrasiyasının rəhbər heyəti və mütəxəssislər iştirakı edib.

 

Müşavirədə əsas məqsəd qəza nəticəsində itkin düşən insanların axtarışı işlərindəki effektivliyin artırılması ilə bağlı məsələlərin müzakirəsi olub.

 

Müşavirənin yekunu olaraq, sabah axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopteri və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətindən əlavə qüvvələrin cəlb olunması, həmçinin, Xəzər dənizində üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin gücləndirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar