İstirahət günləri respublikada baş verən yol qəzalarında 5 nəfər ölüb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, şənbə və bazar günləri respublika ərazisində 28 yol nəqliyyat hadisəsi baş verib.
Nəticədə 5 nəfər ölüb, 43 nəfər yaralanıb.