İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzalarında 6 nəfər ölüb. Lent.az xəbər verir ki, şənbə günü ölkə yollarında 6 avtomobil qəzası baş verib. Nəticədə 5 nəfər ölüb, daha 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bazar günü isə baş vermiş 5 yol qəzasından biri ölümlə nəticələnib ki, həmin hadisə də Ağcabədi rayonunda qeydə alınıb. Belə ki, Ağcabədi-Zərdab yolunda yük maşınının vurduğu 64 yaşlı kişi vəfat edib.
Hər bir faktla əlaqədar araşdırma aparılır.