İsmayıllıda "Mercedes" aşdı: 1 ölü, 3 yaralı
17 noyabr 2015 01:05 (UTC +04:00)

İsmayıllıda "Mercedes" aşdı: 1 ölü, 3 yaralı

0

Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 17:00 radələrində Girdiman çayı yaxınlığında qeydə alınıb.

 

Qəbələ rayon sakininə məxsus 99-DH-036 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı Qəbələ rayon sakinləri: 1950-ci il təvəllüdlü Cəbrayılov Habil Məmməd oğlu, 1989-cu il təvəllüdlü Talıbov Elmar Atabala oğlu və 1985-ci il təvəllüdlü Muradov Tural Ağamurad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Qəbələ sakini 1974-cü il təvəllüdlü Niftəliyev Qəhrəman Dəyanət oğlu aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.  

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 854

Oxşar yazılar