İsmayıllı və Ağcabədidə yanğın olub
04 fevral 2018 10:33 (UTC +04:00)

İsmayıllı və Ağcabədidə yanğın olub

İsmayıllı rayonunda ev yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Talıstan kəndində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

 

Oxşar hadisə Ağcabədi rayonunda da baş verib. Ümumi sahəsi 50 m2 olan tövlənin yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131
avatar

Oxşar yazılar