<b>Usta evin sahibəsini bıçaqladı</b>
19 avqust 2016 13:03 (UTC +04:00)

Usta evin sahibəsini bıçaqladı

0

Bakıda işlədiyi evin sahibəsinə bıçaqlayan şəxs tutulub.

 

Lent.az-ın  DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Nəsimi rayonu ərazisində yaşayan Ulduz Rüstəmova 20-ci Polis Bölməsinə müraciət edərək avqustun 2-də evində usta işləmiş Akif adlı şəxsin onu bıçaqla hədələyib 270 manat pulunu, qızıl üzüyünü və 1 cüt qızıl sırğasını almasını bildirib.

 

Nəsimi rayonu RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akif Vəzirov tutulub.

 

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar